1 fevral 2011 19:27
Beşiktaş son anda daha bir futbolçu transfer etdi
Bu qış fasiləsi zamanı transfer bazarında ulduz futbolçuları heyətinə qatan “Beşiktaş” transfer pəncərəsinin bağlanmasına az qalmış daha bir oyunçunun keçidini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Simao Sabroza, Fernandes, Almeyda kimi supertransferlər edən “Qara Qartal” bu dəfə yerli oyunçu alıb.
“Ağ-qaralar” aşağı liqa təmsilçisi “Malatyaspor”da çıxış edən 19 yaşlı müdafiəçi Güven Gürsoyu rənglərinə qatıb.
Qeyd edək ki, “Beşiktaş”ın müdafiəçiyə ehtiyacı bu günlərdə sıradan çıxan Ersan Adem Gülümün mövsümün sonuna kimi forma geyinə bilməyəcəyi dəqiqləşəndən sonra yaranmışdı.
