1 fevral 2011 20:57
Mourinyo Real`dan qovulacaq
İspaniyanın “Real” (Madrid) klubunun prezidenti Florentino Peres komandanın baş məşqçisi Joze Mourinyoya xəbərdarlıq edib. Azerisport.az xəbər verir ki, o, rəhbərlik etdiyi klubun ölkə çempionatını və Çempionlar Liqasını qazana bilməyəcəyi halda, Mourinyonu qovacağını bildirib.
Qeyd edək ki, İspaniya çempionatında 21 turdan sonra “Real” lider “Barcelona”dan 7 xal geri qalır və çoxları artıq bu fərqin əriyəcəyinə inanmır. Madrid klubu Çempionlar Liqasının 1/8 finalında isə Fransa “Lyon”u ilə münasibətlərinə aydınlıq gətirməlidi.
