1 fevral 2011 11:28
Neftçi qış fasiləsində ilk transferini reallaşdırdı
“Neftçi” qış fasiləsində ilk transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" heyətini Fransanın "Lion" klubunun yetirməsi, əlcəzairli Yasin Hima ilə gücləndirib.
Qeyd edək ki, 26 yaşlı Hima Əlcəzair milli komandasında çıxış edib. Onun son klubu Belçika çempionatında mübarizə aparan "Eupen" olub. Bundan öncə isə Yasin İsveçrənin tanınmış "Aarau" və "Bellinzona" klublarının formasını geyinib.
Onu da əlavə edək ki, bu futbolçu xeyli müddət idi flaqmanın düşərgəsində baxışda idi və məşqçilər korpusu ondan razı qalıb.
