1 fevral 2011 11:32
Muğan yeni futbolçuları sınayacaq
Salyanın “Muğan” klubu qış hazırlıq dövründə növbəti yoxlama oyununu fevralın 2-də “Rəvan” komandasına qarşı keçirəcək. Azerisport.az xəbər verir ki, məşqçilər korpusu yoxlama oyununda, xüsusən, qış transfer müddətində heyətə cəlb edilmiş yerli və əcnəbi futbolçuları sınaqdan çıxaracaq.
Qeyd edək ki, hazırlıq prosesini tamamlamaq üzrə olan “Muğan” fevralın 2-də Bakıya gələcək və Premyer Liqanın startına qədər məşqlərini paytaxtda davam etdirəcək.
