1 fevral 2011 11:39
Neftçi`nin yeni oyunçusu: Əlcəzair millisinə qayıtmaq hədəflərimdən biridi
“Neftçi” qış fasiləsində ilk transferi olan Fransanın "Lyon" klubunun yetirməsi, əlcəzairli Yasin Hima Azərbaycan klubuna keçidi ilə bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, 26 yaşlı futbolçu karyerasını “Neftçi”də davam etdirəcəyinə şad olduğunu söyləyib:
“Neftçi” rəhbərliyi ilə danışıqların müsbət nəticələnməsinə görə çox şadam. Bu komandanın heyətində bir oyunda forma geyinmişəm. Qısa müddət ərzində “Neftçi”nin necə güclü, səviyyəli klub olduğunu hiss etmişəm. Yeni komandam ilə öncə Azərbaycan çempionu, ardından isə avrokuboklarda uğur qazanmaq istəyirəm. Eyni zamanda, yenidən Əlcəzair milli komandasının heyətinə qayıtmaq hədəflərimdən biridi. Azərbaycan çempionatının lider komandasında oynamaqla, yığma məşqçilərinin də diqqətini cəlb etmək asandı. Hazırda “Neftçi”də Azərbaycan, Belçika, Makedoniya, Özbəkistan yığmasının üzvləri oynayırlar. İnanıram ki, “Neftçi”də uğurla çıxış edib, tezliklə Əlcəzair milli komandasına qayıdacağam”.
