1 fevral 2011 11:43

Sadıq Sadıqov: Antalyaya gəlişim futbolçularla müqavilələri rəsmiləşdirməklə bağlıdı

“Neftçi”nin prezidenti Sadıq Sadıqov Fransanın “Lyon” klubunun yetirməsi olan əlcəzairli Yasin Himanın keçidinə münasibətini açıqlayıb. Azersiport.az xəbər verir ki, paytaxt klubunun başçısı 26 yaşlı futbolçuyla bağlı bunları dilə gətirib:
 
“Son bir ildə komandamıza cəlb olunan futbolçular “Neftçi”nin seleksiyaçı-məşqçiləri tərəfindən izlənilir. Yəni, klubumuza demək olar ki, baxışa futbolçu gəlmir. Bildiyiniz kimi, Yasin Hima “Neftçi”nin Antalyada keçirdiyi birinci təlim-məşq toplanışı zamanı mənim tapşırığıma əsasən, danışıqlar aparmaq üçün komandanın düşərgəsində olmuşdu. Danışıqlar müsbət nəticələndiyi üçün o, “OİK Energiya”ya qarşı yoxlama matçında da forma geyinmişdi. Keçmiş klubu ilə məsələləri yoluna qoymaq və şəxsi işləri ilə əlaqədar evə dönən futbolçu dünən Antalyaya qayıdıb. Mənim Antalyaya gəlişim futbolçularla müqavilələri rəsmiləşdirməklə bağlıdı. Artıq Yasin Hima “Neftçi” PFK-nın oyunçusudu. Yaxın günlərdə isə daha bir legionerlə müqavilə bağlayacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.