1 fevral 2011 11:52
Chelsea`dən ən böyük transfer bombası (FOTO)
Qış transfer pəncərəsində ən böyük bombanı son dövrlər susqunluğu ilə seçilən “Chelsea” partlatdı. Azerisport.az xəbər verir ki, bu qış müxtəlif səs-küylü keçidlər baş tutsa da, çox güman ki, “aristokratlar”ın Fernando Torresi “Liverpool”dan alması qədər danışılmayacaq.
“Chelsea”nin İspaniya millisinin üzvünə görə 58 milyon avrosundan keçdiyi bildirilir. Bu rəqəm isə İngiltərədə bir futbolçu üçün ödənilən ən yüksək transfer qiyməti olaraq tarixə düşdü. Qolçu oyunçu ilə 5.5 illik sözləşmə imzalanıb.
