1 fevral 2011 00:02
Juventus Matrini aldı, Amaurini yola saldı
İtaliya Serie A təmsilçisi “Juventus”, “Cagliari”də forma geyən Matrini mövsümün sonuna kimi icarə əsasında heyətinə qatarkən, öz futbolçusu Amauri ilə də yollarını ayırıb. Azerisport.az xəbər verir ki, Turin klubu təcrübəli hücumçusunu “Parma”ya icarəyə verib.
“Juventus”, Matri üçün “Cagliari”yə 2.5 milyon avro icarə haqqı ödəyəcək. Turinlilər mövsümün sonunda Matrinin transfer hüququnu almaq istəyəcəyi halda “Cagliari”yə 15.5 milyon avro verəcək. “Cagliari” isə bunun əvəzində, “Juventus”un gənc oyunçusu Lorenso Ariaudonu tam şəkildə ələ keçirəcək. Turin klubu rəsmi saytında yaydığı açıqlamada Amaurini də mövsümün sonuna kimi “Parma”ya icarəyə verdiyini bəyan edib.
