1 fevral 2011 20:45

Neftçi Bosniya klubunu da məğlub etdi (YENİLƏNİB)

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Premyer Liqamızın lideri “Neftçi” bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun bu dəfəki rəqibinin öncə Çernoqoriya çempionu “Rudar” olacağı bildirilsə də, son anda rəqib dəyişdirilib.
 
Nəticədə flaqman əvvəldən xəbər verildiyi kimi, "Rudar"la yox, Bosniya və Hersoqovinanın "Çelik Zenica" komandası ilə qarşılaşıb. "Neftçi"nin Çernoqoriya çempionu ilə oyunu isə fevralın 3-də baş tutacaq.
 
Qeyd edək ki, bu, Arif Əsədovun komandası Antalyadakı ilk hazırlıq prosesi dövründə Rusiyanın "SKA-Energiya" klubu ilə qarşılaşmış və oyun 1:1 hesabı ilə başa çatmışdı. Bu dəfəki toplanış dövründə isə Ukraynanın “Arsenal” klubuyla qarşılaşmada 2:1, Avstriya “Şturm Graz”ı ilə görüşdə isə 2:0 hesablı qələbə qazanılıb.
 
Yoldaşlıq oyunu
1 fevral
 
19:00. NEFTÇİ – ÇELİK ZENİCA - 1:0 (0:0)
 
Artıq flaqmanın bu komandayla oyun üçün start heyəti də məlumdu: Elçin Sadıqov, Denis Silva, İqor Mitreski, Ruslan Əmircanov, Tərlan Quliyev, Yasin Hima, Slavço Georgievski, Rəşad Abdullayev, Cavid İmamverdiyev, Araz Abdullayev, Bahodir Nasimov.
 
"Çelik Zenica"nın start heyəti: Luka Bilobrk, Semyon Miloşeviç, Elvis Sadikoviç, Mehmedaliya Çoviç, Zoran Brkoviç, Eldin Adiloviç, Aldin Şişiç, Armin Kapetan, Eldar Hasanoviç, Adin Jafiç, Dario Puriç.
 
Qeyd edək ki, qapını Elçin Sadıqovun qorumasına Rauf Mehdiyevin yüngül zədəsinin olması səbəb olub
 
Oyun başladı
Qarşılaşmanın əvvəlləri "Neftçi"nin ərazi üstünlüyü şəraitində keçir
Görüşü "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov da izləyir
Oyun əsasən meydanın mərkəzində gedir. Real qol epizodu yoxdu
32-ci dəqiqədə Bahodir Nasimov Araz Abdullayevdən ötürmə alıb, qapıya zərbə vurur. Təhlükəli zərbə müdafiəçiyə dəyir
"Neftçi" oyuna daha çox nəzarət etsə də, bunu hesabda əks etdirə bilmir
İlk hissə başa çatdı
 
İkinci hissə başladı
Fasilədən sonra "Neftçi"nin heyətində dəyişikliklər edilib. Meydanı tərk edən Georgievski, Rəşad və Arazın əvəzində Ruslan Qurbanov, Mirhüseyn Seyidov və Flavinyo mübarizə aparacaqlar
48-ci dəqiqədə futbolçular bir-birlərinə qarşı kobud oynadılar. Hakim Mirhüseyn Seyidovla Zoran Brkoviçə qırmızı vərəqə göstərdi
Lakin qarşılıqlı razılığa əsasən, oyun yenə 22 futbolçu ilə davam edir. "Neftçi"dən Elmar Baxşiyev meydana çıxır
52-ci dəqiqədə "Neftçi" hesabı açmağa çox yaxın oldu. Lakin Ruslan Qurbanovun sağ cinahdan ötürməsindən sonra Bahodir Nasimovun başla vurduğu top qapı dirəyinə tuş gəlir
57-ci dəqiqədə Cavid İmamverdiyevin ötürməsindən sonra topa başla zərbə endirən Denis Silva hesabı açmağa yaxın olur
Qol! "Neftçi" 65-ci dəqiqədə hesabı açır. Flavinyonun ötürməsindən sonra Nasimov fərqlənir - 1:0
66-cı dəqiqədə İqor Mitreskini Tural Nərimanov əvəzləyir
75-ci dəqiqədə Cavid İmamverdiyevin qüvvətli zərbəsindən sonra top tirin azca üstündən keçir
77-ci dəqiqədə Yasin Hima ilə Cavid İmamverdiyevin əvəzinə meydana Kərim Diniyevlə Eltun Yaqublu çıxır
82-ci dəqiqədə baş məşqçi Arif Əsədov daha bir gənc futbolçunu meydana buraxır. Malik Babayev Bahodir Nasimovu əvəzləyir
86-cı dəqiqədə Elmir Kuduzoviçin birbaşa qapıya göndərdiyi cərimə zərbəsi təhlükəli alınır 
Oyun 1:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatır

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.