1 fevral 2011 12:22
Atırau Karqbonu bəyənmədi, Əkbərovu saxladı
Həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstan təmsilçisi “Atırau” baxışa çağırdığı əksər futbolçularla bağlı qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, həmyerlimiz xeyli sayda futbolçunu bəyənməyərək, geri qaytarıb.
Bunların arasında bizim üçün tanış olan əsas sima isə “Bakı”nın üzvü İbrahim Karqbodu. Onunla yanaşı bolqar İliyev, makedoniyalı Çurlinov və daha bir neçə braziliyalı futbolçunun da geri qaytarılmasına qərar verilib. Yerli – qazaxıstanlı futbolçulardan isə Daniyar Kenjexanov, Viktor Kovalov, Stanislav Renskov, Aleksandr Mulqin, Alibek Sakenov da Məmmədovun etimadını qazana bilməyib.
Əvəzində “Çesna”nın 24 yaşlı yarımmüdafiəçisi Ramil Əkbərov özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Ötən mövsüm bu komandayla 29 qola imza atan futbolçuyla müqavilə imzalanacaq.
