1 fevral 2011 00:36

Klublarımızın şəffaflıq xəstəliyi

Dünən “Xəzər Lənkəran” klubu rəsmi saytı vasitəsilə iki futbolçusu – Elvin Beqiri ilə Emeka Opara ilə müqavilələrin uzadılması barədə xəbər yaydı. Lakin maraqlıdı ki, bu xəbərdə sözügedən legionerlərlə hazırkı müqavilənin nə vaxt başa çatacağı, hansı müddətə kimi yenilənməsi barədə heç bir fakta rast gəlmədik.
 
Azerisport.az həmin məlumatı olduğu kimi bir daha sizlərə təqdim edir: “Xəzər Lənkəran” Futbol Klubu iki futboçusu ilə müqavilələrin artırılması barədə razılığa gəlib. Gəlinmiş razılığa əsasən klubun albaniyalı futbolçusu Elvin Beqiri bundan sonra da “Xəzər Lənkəran”da çıxış etməyə davam edəcək. Qeyd edək ki, mərkəz müdafiəçisi Beqiri bugünə kimi komandamızın heyətində 38 oyun keçirib və 5 qola imza atmağa nail olub.
 
Müqaviləsi artırılan digər oyunçu isə nigeriyalı hücumçu Emeka Oparadı. Ötən mövsüm komandamızın sıralarına qoşulan Opara, bu müddətə qədər komandada 25 oyun keçirib və 5 dəfə rəqib qapılarına yol tapıb”.
 
Əslində bu problem kifayət qədər ciddidi və neçə illərdi mətbuat tərəfindən qabardılmasına rəğmən, klublar şəffaflığa üz çevirib, bildikləri kimi işləməyə üstünlük verirlər. Yəni söhbəti “Xəzər Lənkəran”dan salmağımız digər klublarımızın yaxasını kənara çəkməsinə və ya onların tam şəffaf çalışdığı anlamına gəlməməlidi. Ən azı ona görə ki, sadəcə 3-4 klubumuz müqavilə bağladığı oyunçularla anşaşmasının müddətini açıqlamaqdan o yana keçmir. Bir sözlə bütün klublarımız “gizli bazar” prinsipiylə çalışmağa üstünlük verir.
 
Halbuki, FİFA və UEFA artıq bütün klubları maliyyə şəffaflığına çağırır və Avropanın əksər ölkələri belə gizli siyasətdən əl çəkiblər. Məgər “böyük beşlik” ölkələrinin iştirakçıları, bizə qonşu olan Rusiya və Türkiyə klubları müqavilə bağladıqları futbolçularla müqavilənin ən xırda detallarına qədər ictimaiyyətə açıqlamaqla özünə zərbə vurur? Yoxsa uğur qazana bilmir? Əksinə klubun azarkeşlərinə, ictimaiyyətə ən kiçik detallara qədər hər şey barədə açıqlama verilir ki, bunu da artıq hər yerdə məcburi şəkildə edirlər.
 
Bizdə isə nədənsə bu yöndə klublara təzyiq yoxdu. Yəni onlar bu yöndə istədikləri kimi siyasət yürüdürlər. Hələ onu demirik ki, bəzi klublar yeni transferlər barədə ictimaiyyətə, mətbuata, azarkeşlərinə ümumiyyətlə məlumat vermək istəmir. Təsəvvür edin ki, “Gəncə” klubunun saytında ötən ilin oktyabr ayından bəri xəbər yoxdu. Eləcə də “Simurq”un saytında həftədə bir xəbər olar ki, onların da arasında yeni transferlər barədə bir kəlmə də yoxdu.
 
“Turan”ın rəsmi saytı komandanın Türkiyə toplanışını az-çox işıqlandırdı. Ancaq Tovuz klubunun da transfer məsələləri hər kəs üçün qaranlıq qalır. “Xəzər Lənkəran”ın Antalya toplanışında Mirça Rednik az qala bütün həmyerlilərini sınaqdan keçirdi. Rumıniya mətbuatı təmsilçimizin gündə bir rumın oyunçuyla müqavilə bağladığını yazır. Klubun rəsmi saytında isə…qış fasiləsinin əvvəlində həyata keçirilən yerli oyunçuların transferlərindən başqa yeniliyə rats gələ bilməzsən.
 
Bu mənada “Qəbələ” də xüsusi qeyd olunmalıdı. Klubun rəsmi saytında heç komandanın Antalyada təlim-məşq toplanışında olduğunu xəbər verən məlumata rast gəlmək olmur, qalmışdı ki, yeni transferlərə və onların müqavilə şərtlərinə. Halbuki, Toni Adamsın komandası Türkiyədə artıq bir neçə yeni transfer də həyata keçirib və mətbuat artıq bundan yazıb.
 
Ümumiyyətlə, əksər klublarımız bu qış Antalyaya üz tutsa da, onların rəsmi saytları heç də bu hazırlıq proseslərini lazımı şəkildə işıqlandırmırlar. Sadəcə bəzi istisnaları qeyd etmək olar. Başa düşdük ki, şəffaflığın təmin olunması birbaşa rəhbərliyin maraqları daxilindədi. Axı komandanın gündəlik fəaliyyəti haqda ictimaiyyətə, azarkeşlərə məlumat vermək elə də çətin iş deyil. Sonra da klublarımız azarkeşlərin stadiona gəlməməsindən, fanat azlığından şikayətlənirlər. Bu gün istədiyi klub haqda ətraflı məlumat ala bilməyən azarkeşin maraqları ödənilməyəndə, təbii ki, o da stadiona getməkdə maraq görməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.