1 fevral 2011 12:37
XL 350 min avroya razılaşdı, futbolçu isə yox
“Xəzər Lənkəran” Rumıniyanın “Universitatea Craiova” klubunun şərəfini qoruyan Julius Vobayı sıralarına qatmaq üçün çalışmalarını davam etdirir. Azerisport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, lənkəranlıların baş məşqçisi Mirça Rednik syerra-leoneli yarımmüdafiəçini ələ keçirmək üçün hazırda ölkəsindədi və bu yöndə danışıqlar aparır.
Son məlumata görə, futbolçunun transfer qiyməti 350 min avro dəyərindədi. “Xəzər Lənkəran” tərəfi bu qiymətlə razılaşsa da, indi də futbolçunun özünü razı salmaq üçün danışıqlar gedir. “Universitatea Craiova” daha çox qazanan futbolçunun Redniklə işləməyə razı olub-olmayacağı yaxın günlərdə bilinəcək.
