1 fevral 2011 00:44
Gəncə Dinamo`ya 4 cavabsız qolla qalib gəldi
“Gəncə” futbol klubu Premyer Liqanın qalan dövrünə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Tiflisdə təlim-məşq toplanışında olan qərblilər növbəti sınaq matçını keçirib.
İlk iki yoxlama görüşündə heç-heçə edən Fuad İsmayılovun komandası bu dəfə “Dinamo-2” (Tiflis) ilə qarşılaşmada qələbə qazanıb – 4:0.
