2 fevral 2011 13:08
Millimiz FİFA-nın reytinqində 2 pillə gerilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, ötən ayla müqayisədə 2 pillə geriləyən Azərbaycan milli komandası 344 xalla 99-cu pillədə qərarlaşıb.
Millimizin rəqiblərinə gəlincə, Almaniya 1485 xalla 3-cü, Türkiyə 741 xalla 31-ci pillədəki mövqeyini qoruyub. Avstriya 1 pillə irəliləyərək 569 xalla 45-ci sırada yer alıb. Belçika və Qazaxıstan da da yerini qorumağı bacarıb - müvafiq olaraq 526 xalla 58-ci pillə, 161 xalla 137-ci pillə.
Yığmamızın fevral ayının 9-da BƏƏ-nin Dubay şəhərində keçirəcəyi yoldaşlıq matçındakı rəqibi - Macarıstan yığması isə 4 pillə irəliləyərək 632 xalla 37-ci yerdə qərarlaşıb.
Bütövlükdə isə, yenə siyahıya yenə İspaniya başçılıq edir - 1887 xal. Hollandiya yığması da 1723 xalla ikinci pillədəki yerini qoruyub. Üçüncü olan Almaniyanın əsas davamçıları isə bunlardı: 4 - Braziliya (1446), 5 - Argentina (1367), 6 - İngiltərə (1195), 7 - Uruqvay (1152), 8 - Portuqaliya (1090), 9 - Xorvatiya (1075), 10 - Yunanıstan (1016). Qeyd edək ki, ilk 9 pillədəki komandalar hamısı yerlərini qoruduğu halda, "onluq"dan yalnız Misir çıxıb. Yunanların əvəzlədiyi bu ölkənin millisi düz 23 pillə geriləyib.
Növbəti reytinq cədvəli martın 9-da açıqlanacaq.
