2 fevral 2011 13:47
Moskva`nın sabiq baş məşqçisi: Azərbaycana getmədiyimə təəssüflənirəm
Rusiyanın “Tom” və “Moskva” klublarının sabiq baş məşqçisi Valeri Petrakov Azərbaycandan aldığı təklifi müsbət dəyərləndirməməsinə peşman olub. Azerisport.az xəbər verir ki, bu haqda o, “Sport-Eksress”ə açıqlamasında məlumat verib:
“Maraqlı təkliflər daxil olurdu. Ancaq onların hamısı xaricdən idi deyə qəbul etmədim. İndi, düzünü desəm, bir az təəssüflənirəm. Məni Ukraynaya, Azərbaycana çağırırdılar. Polşadan da mənimlə maraqlanırdılar”.
