2 fevral 2011 14:11
MOİK Bakı`nın əvəzedicilərinə uduzdu
Premyer Liqaya hazırlıqlarını davam etdirən MOİK klubu yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, "hərbçilər" bu gün "Bakı" klubunun əvəzedici heyəti ilə qarşılaşıblar.
İlk hissədə MOİK meydana əsas heyətin futbolçuları ilə çıxıb. İkinci hissədə isə əvəzedici heyətin futbolçularına və baxışda olan oyunçulara şans verilib. Yekunda 1:3 hesabı ilə məğlub olan MOİK-in yeganə qoluna Nizami Hacıyev imza atıb.
