3 fevral 2011 02:36

Fransa kubokunda sürpriz nəticələr (YENİLƏNİB)

Fransa kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, bir qarşılaşmadan ibarət olan bu mərhələnin ilk oyun günündə 3 cütlüyün taleyinə aydınlıq gəlmiş olub.
 
“Angers” doğma meydanda “Strasbourg”u 2, “Lorient” isə “Metz”i 3 cavabsız qolla mübarizədən kənarlaşdıraraq, adını növbəti mərhələyə yazdırıb. “Rennes” və “Reims” arasındakı qarşılaşma isə kifayət qədər gərgin alınıb. Hesabı meydan sahibləri açsa da, qonaqlar 3 qol vurmağı bacarıb. Lakin onlar da 90 dəqiqənin tamamına kimi üstünlüyü əldən verdiyindən, qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə vaxtda daha bir qol vuran qonaqlar 1/4 finala vəsiqə qazanan tərəf olub.
 
Digər xoşbəxtlərin kimliyinə isə ikinci oyun günündə aydınlıq gəlib. Günün əsas sensasiyalarından biri aşağı liqa təmsilçisi “Chambery” klubunun elita təmsilçisi “Sochaux”nu mübarizədən kənarlaşdırması olub. Digər elita təmsilçisi “Nancy” isə birinci liqa klubu “Le Mans”a doğma meydanda məğlub olaraq, 1/4 finala çıxa bilməyib.
 
Qalan elita təmsilçiləri isə sensasiyaya imkan verməyib. “Nice” “Drancy”ni səfərdə vurduğu yeganə qolla mübarizədən kənarlaşdırarkən, PSG “Martigues” üzərində asan qələbəyə sevinib. “Lille” – “Nantes” duelində isə əsas vaxt heç-heçə (1:1) tamamlandığından əlavə vaxt təyin olunub. Lakin əlavə vaxtda da qalibi müəyyənləşdirmək mümkün olmayınca, penalti zərbələrinə üstünlük verilib ki, burda da meydan sahibləri qələbə qazanan tərəf olub.
 
Fransa kuboku
1/8 final
1 fevral
 
Angers – Strasbourg – 2:0
Lorient – Metz – 3:0
Rennes – Reims – 3:4 (əlavə vaxtda)
 
2 fevral
 
Chambery - Sochaux - 2:1
Martigues - Paris SG - 1:4
Nancy - Le Mans - 1:2
Drancy - Nice - 0:1
Lille - Nantes - 1:1 (penaltilərlə 3:2)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.