2 fevral 2011 14:24
UEFA yenə Azərbaycanla Ermənistanı ayırdı
Fevralın 3-də İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, AÇ-2013-ün seçmə mərhələsində Azərbaycan U-21-nin Ermənistan yığmasıyla eyni qrupa düşmək ehtimalı olsa da, qitə futbol qurumu buna imkan verməyəcək.
Belə ki, iki ölkə arasındakı münasibətlərin qaydasında olmadığını nəzərə alan UEFA Azərbaycan və Ermənistanla yanaşı, Rusiya ilə Gürcüstanın da bir qrupda yer almasına imkan verməyəcəklərini bəyan edib.
