2 fevral 2011 14:35
AFFA cənubi koreyalı hakimlərdən imtina etdi
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib ki, Cənubi Koreyadan olan hakimləri Premyer Liqamızın oyunlarına dəvət etmək fikirlərindən daşınıblar. Azerisport.az saytına açıqlamasında Məmmədov bunu belə izah edib:
“Bizim Cənubi Koreyadan olan hakimləri dəvət etmək fikrimiz var idi. Ki Premyer Liqamızın oyunlarında idarəçilik etsinlər. Lakin mən onların Türkiyə toplanışı zamanı idarəçiliklərini, səviyyələrini görəndən sonra fikrimi dəyişdim. Koreyalı hakimlər bizə lazım olmadı. Avropa ölkələrindən hakimlər dəvət etməyi planlaşdırırıq”.
