2 fevral 2011 14:51
“Bütün azarkeşlərimizi Xəzər Lənkəran`la oyuna səsləyirəm”
“Neftçi”nin futbolçusu Elmar Baxşiyev komandasının Türkiyədəki hazırlıq prosesini dəyərləndirib. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bunları dilə gətirib:
“Komandamız Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama matçlarında yaxşı oyun göstərir. İnşallah, Premyer Liqada bunun davamını gətirmək istəyirik. Sevindirici haldı ki, “Neftçi”nin sabit oyunu var. Meydana hansı futbolçuların çıxmasından asılı olmayaraq, oyun üslubumuz dəyişmir. Burada keçirdiyimiz 3 yoxlama matçının hər 3-nü qələbə ilə başa vurmuşuq. Təlim-məşq toplanışlarında ciddi hazırlaşırıq. Amma təbii ki, bütün diqqətimiz Premyer Liqaya yönəlib. Fevralın 13-də bizi vacib oyun gözləyir. “Xəzər Lənkəran”la derbi matçına çıxacağıq. Bütün azarkeşlərimizi “Xəzər Lənkəran”la oyuna səsləyirəm. Fanat ordumuz stadiona gəlib, bizi dəstəkləsin. İnanıram ki, komandamız onları bu görüşdə sevindirəcək”.
