2 fevral 2011 16:07
AZAL sonuncu transferini reallaşdırdı (FOTO)
Antalyada təlim-məşq toplanışını başa vurararaq dünən Bakıya dönən AZAL daha bir futbolçunu heyətinə qatıb. Azerisport.az xəbər verir ki, bu sonuncu klubu Bolqarıstan "Levski"si olan Enyo Krastovçevdi.
Qeyd edək ki, AZAL-ın Antalyada "Volın"la keçirdiyi yoxlama oyununda baxışadan keçirilən Enyo yaxşı təsir bağışlamışdı və hətta bir qol da vurmuşdu. Məşqçilər korpusu bundan sonra rəhbərliyə onun komandaya cəlb oluması haqda təklif vermişdi. Nəhayət qısa danışıqlardan sonra bu forvardın keçidini rəsmiləşdirmək mümkün oldu.
Artıq bu futbolçu ilə iki illik müqavilə bağlanılıb və o bu gün Bakıya gələcək. Beləliklə, qış hazırlıq mərhələsində 4 yeni futbolçu ilə heyətini gücləndirən AZAL transfer fəaliyyətini yekunlaşdırdı.
