2 fevral 2011 16:35
Vitali Kovalyov Neftçi`də
"Neftçi" qış fasiləsində ikinci transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, flaqman azərbaycanlı qapıçı, Türkiyənin "Kartalspor" klubunun qolkiperi Vitali Kovalyovla müqavilə bağlayıb.
"Kartalspor"dan azad transfer hüququ alan təcrübəli qapıçı cari mövsümün sonunadək "ağ-qaralar"ın şərəfini qoruyacaq. Xatırladaq ki, "Neftçi" PFK Kovalyovdan öncə əlcəzairli yarımmüdafiəçi Yasin Himanı transfer edib.
