2 fevral 2011 16:41
“Bura çempion olmaq üçün gəlmişəm”
"Neftçi"nin qış fasiləsində ikinci transferi olan azərbaycanlı qapıçı, Türkiyənin "Kartalspor" klubunun qolkiperi Vitali Kovalyov paytaxt təmsilçisinə keçidi ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, "Kartalspor"dan azad transfer hüququ alan təcrübəli qapıçı cari mövsümün sonunadək oynayacağı "ağ-qaralar"ın oyunçusu olduğu üçün məmnun qaldığını bildirib:
"Mənə "Neftçi"dən gələn təklifi məmnuniyyətlə qəbul etdim. Lakin "Kartalspor" tərəfi məni komandadan buraxmırdı. Həm klub prezidenti, həm də baş məşqçi "Kartalspor"da qalmağımı istəyirdi. Yalnız üçüncü cəhddən sonra onların razılığını ala bildim. "Neftçi"də çox gözəl ab-hava var. İndiyədək çempionluq sevinci yaşamamışam. Bura çempion olmaq üçün gəlmişəm".
