2 fevral 2011 18:12
Bakı`nın son rəqibi dəyişdi
Antalyada təlim-məşq toplanışını yekunlaşdırmaqda olan “Bakı”nın sayca beşinci yoldaşlıq oyunundakı rəqibi dəyişib. Azerisport.az xəbər verir ki, sabah Almaniyanın Oberliqa təmsilçisi "Stuttgart Kikkers" klubu ilə nəzərdə tutulan yoxlama oyunu baş tutmayacaq. “Zolaqlılar”ın son yoxlama oyunundakı rəqibi Oberliqanın digər təmsilçisi "FSV Martinroda" olacaq.
Oyun fevralın 3-də, Bakı vaxtı ilə saat 13-də başlayacaq.
Xatırladaq ki, "Bakı" Antalyada 4 yoxlama oyunu keçirib. Qazaxıstanın "Akjayık" (3:0), "Şaxtyor" Karaqanda (1:1), Ukraynanın "Metallurq" Zaporojye (0:0) və Rumıniyanın "Panduri" (1:0) klubları ilə qarşılaşan "Bakı" 2 oyunda qalib gəlib, iki oyunu isə heç-heçə başa vurub.
