2 fevral 2011 18:21
Medvedev başladı, Yusifov qaçdı, Qarayev məşqə çıxmadı
“Qarabağ”ımız Antalyada hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, 25 gündü davam edən təlim-məşq toplanışının ötən günündə də 2 məşq baş tutub.
Qeyd edək ki, Maksim Medevedev bu gün komandayla tam olaraq məşq etməyə başlayıb. Dünən axşamkı çalışmada ayağında ağrı hiss edən Namiq Yusifov qaçmaqla kifayətlənib. Xəstə olan Qara Qarayev isə bu gün ümumiyyətlə məşqə çıxmayıb.
