2 fevral 2011 18:53
Premyer Liqa oyunları öncəsi seminar
Fevralın 3-dən 6-dək AFFA-nın inzibati binasında Premyer Liqasının oyunlarına təyinat alan hakimlər üçün seminar keçiriləcək. Azerisport.az xəbər verir ki, məşğələlərə ingiltərəli mütəxəssislər Keyt Hakket və Martin Devid Blan rəhbərlik edəcək.
