2 fevral 2011 19:02

Neftçi`yə 1.5 aylıq zərbə

“Neftçi”nin birinci təlim-məşq toplanışında ayağında ağrılar hiss edən Emil Mpenza ikinci hazırlıq dönəmində Antalyada ilkin tibbi müayinədən keçirildi. Yanvarıın 31-də isə klub rəhbərliyinin icazəsi ilə tam müayinə olunmaq üçün Belçikaya yollandı.
 
Azerisport.az xəbər verir ki, bu gün onun Belçikadakı həkimi ilə ətraflı fikir mübadiləsindən, eyni zamanda tibbi müayinənin “Neftçi”yə göndərilməsindən sonra qərara alınıb ki, Emil Mepnza fevralın 4-də cərahiyyə əməliyyatı olunsun. Belçikadakı həkimlərin rəyinə əsasən, hücumçu 1-1,5 aydan sonra yaşıl meydançaya qayıtmalıdı.
 
Bununla əlaqədar Mpenza klubun rəsmi saytına fikirlərini də açıqlayıb: “Çox təəsüflənirəm ki, belə hal baş verdi. Mənim meydançada tam gücümlə oynamaq üçün əməliyyat edilməyim mütləqdi. Bu gün şəxsən “Neftçi”nin prezidenti Sadıq Sadıqovla telefon danışığımda təəssfləndiyimi bildirdim və söz verdim ki, “altılıq” oyunlarında vuracağım qollarla komandamızın qızıl medallar qazanmasına yardımçı olacağam”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.