2 fevral 2011 19:18
İnter birinci divizion təmsilçisiylə sülh bağladı
Futbol üzrə Azərbaycan birinci divizionunun təmsilçisi olan Qusarın “Şahdağ” klubu yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, “İnter” klubunun əvəzedici heyəti ilə qarşılaşan “Şahdağ” oyundan 2:2 hesablı bərabərliklə ayrılıb.
Qeyd edək ki, “İnter”in əvəzediciləri yanvarın 28-də digər birinci divizion təmsilçisi “Şuşa” ilə oyundan da 2:2 hesablı bərabərliklə ayrılmışdı.
