2 fevral 2011 11:06
Berti Foqts Amit Quluzadədən də imtina etdi
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətindən daha bir futbolçu – Amit Quluzadə də heyətdən kənarlaşdırılıb. Azerisport.az xəbər verir ki, onun da heyətdən çıxarılması zədəli olması ilə əlaqədardı.
Xatırladaq ki, daha əvvəl Makism Medvedev, Saşa Yunusioğlu və Əziz Quliyev də eyni səbəbdən millinin bu toplanışını yarımçıq tərk etməli olub.
