2 fevral 2011 11:14
Yığmamız Almaniya klubuna 7 cavabsız qol vurdu
Almaniyada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması TV 1880 «Nabburq» klubunun qızlardan təşkil olunmuş U-17 komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 7:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Şəfəq Nəsirova, Olya Şioşvili, Ləman Bağırova və Aysun Əliyevanın hərəyə 1 qol vurduğu qarşılaşmada Aliyə Vəliyeva het-trik edib.
