2 fevral 2011 12:04

Naci Şensoy: Onlar Turan`ın oyunlarını heç vaxt idarə etməyəcəklər

Tovuzun “Turan” klubunun türkiyəli baş məşqçisi Naci Şensoyun azerisport.az saytına müsahibəsi.
 
- Komandanın Türkiyədəki hazırlıq prosesindən razı qaldınızmı?
- “Turan” Türkiyədə çox yaxşı təlim-məşq toplanışı keçirdi. Ancaq bunun nə dərəcədə səmərəli keçdiyini mövsümün gedişi, qazanacağımız nəticələr göstərəcək. Komanda bir neçə yoxlama matçında da qüvvəsini sınadı, hansı ki, bu görüşlərdə meydana çıxan gənc futbolçularımız böyük potensiala malik olduqlarını isbatladılar. Biz həmçinin yeni futbolçularla da müqavilə imzaladıq. Bolqar Boris Kondev qarşıdakı 6 ayda “Turan”da oynayacaq. Martin Kerçev daha çox – 1 il bizimlə birgə olacaq.
 
- Bununla da transfer çalışmalarınız bitir?
- Bəli. Hazırda mən Türkiyədəyəm. Fevralın 2-də Azərbaycana gələcəyəm. Bir gün sonra isə çempionat oyunlarına hazırlıqlarımızı bərpa edəcəyik.
 
- Cənubi Koreyanın “Gyeongnam” klubuyla yoxlama matçında nə baş vermişdi?
- Onların nəsə problemləri vardı. Onlar öncədən heç oynamaq istəmirdi. Onlar bizə qarşı çox hörmətsizlik etdilər. Oyunu idarə edən hakimlər də etiraf etdilər ki, öz həmyerlilərinə kömək edirlər. Bu ki, sadəcə yoxlama matçı idi, niyə onlar belə edirdilər, baş açmadım.
 
- Siz bilirsiz ki, AFFA-nın Hakimlər Komitəsi bu ölkənin hakimlərini Azərbaycan Premyer Liqasının oyunlarını idarə etməyə çağırır?
- Mənə bu haqda danışıblar. Federasiyaya qarşı mən heç bir söz deyə bilməyəcəm. Amma “Turan”ın yoxlama matçlarında onlar bir daha idarəçilik etməyəcəklər.
 
- Siz onlarla danışdınız?
- Bəli. Oyun başlayandan yarım saat sonraya kimi hər şey normal idi. Amma ondan sonra hər şey dəyişdi. Hələ baş məşqçini demirəm. O da oyunun gedişində zibil qabını bizim məşqçi Eldəniz Hüseynovun üstünə vurdu. Daha sonra onlar hakimlərə yanaşdılar, nə dedilərsə, oyunu davam etdirmək istəmədilər. Biz 20 dəqiqəyə yaxın gözləsək də, onlar qərarlarını dəyişmədilər.
 
- Daha bundan sonra sözügedən ölkənin klublarıyla oyun keçirməyəcsiz?
- Bəli. Futbol planında bu ölkə bizim üçün tam yadlaşdı.
 
- İndi siz Azərbaycan və Koreya hakimləri arasındakı fərqləri görə bildiniz?
- Mən bilmirəm sizin hakimlər geridə qalan 5 il ərzində nə dərəcədə dəyişiblər. Çünki mən Azərbaycanda deyildim. Sizin bu sualınıza çempionatın bir neçə turundan sonra cavab verə bilərəm.
 
- “Turan”dan çempionatda nə gözləyək?
- Biz hər oyuna qələbə üçün çıxacağıq. Yaxşı hazırlıq prosesi keçirmişik. İndi bunu öz oyunlarımızda əks etdirməliyik. Dəyişiklikləri siz özünüz də görəcəksiz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.