2 fevral 2011 18:02
2011-ci ilə klub komandasına yenilgiylə başladıq (YENILƏNİB)
Futbol üzrə Azərbaycan millisi bu gün 2011-ci ildə ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, yanvarın 27-dən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan Berti Foqtsun yetirmələri yeni ilə Ukraynanın “Metallist” (Xarkov) klubuyla görüş ilə start verib.
Lakin təmsilçimiz nə qədər gözlənilməz olsa da, bu görüşün son dəqiqələrində buraxılan qolla məğlub olub.
Yoldaşlıq oyunu
2 fevral
16:00. AZƏRBAYCAN – METALLİST (Xarkov, Ukrayna) - 0:1 (0:0)
Hakim: Sultan Abed Razaq (BƏƏ).
Yığmamız meydana bu heyətlə çıxıb: Andrey Popoviç, Vurğun Hüseynov, Ruslan Abışov, Elnur Allahverdiyev (Rail Məlikov, 46), Arif İsayev, Rahid Əmirquliyev, Aleksandr Çertoqanov, Samir Abbasov, Cavid Hüseynov, Samir Zərgərov (Elvin Məmmədov, 46), Vaqif Cavadov (Fabio Luis, 46).
"Metallist"in heyəti isə belədi: Dişlenkoviç (Starçev, 46), Pşeniçnıx (Romançuk, 46), Obradoviç, Berezovçuk, Bordiyan, Şarpar, Valyayev (Şelayev, 64), Fininyo (Blanko, 46), Oleynik, Tayson (Lısenko, 54), Kristaldo (Pişur, 58).
Oyun başladı
Matç yağmurlu hava şəraitində oynanılır
Qarşılaşmanı izləməyə gələnlər arasında "Metallist"in prezidenti Aleksandr Yaroslavski də var
Yığmamız meydanda nömrəsiz formayla çıxış edir
3. Oyun əsasən meydanın mərkəzində davam edir
6. Tayson müdafiəçimizi aldadıb, qapıya zərbə vurmaq istəsə də, Popoviç ondan qabaq topa çatır
12. Yığmamız topa nəzarət edir və rəqib oyunçular top almaq üçün xırda follardan istifadə etməli olurlar
16. Yenə Taysonun təxminən 18 metrdən zərbəsi qapıçımızın düz üstünə gəlir
18. Olyeniklə Taysonun qol vurmaq cəhdini qapıçımız dəf edir
26. Oyunun tempi elə də yüksək deyil və bu üzdən qol vəziyyətləri də çox deyil
34. İlk hissədəki ən təhlükəli vəziyyəti də Tayson yaradır. Meydanın mərkəzindən bir neçə futbolçumuzu aldadıb, cərimə meydançasının yaxınlığından qüvvətli zərbə endirən futbolçuya azca dəqiqlik çatmır
45. İlk yarı başa çatdı
46. İkinci hissə bir qədər gec başlayır
46. "Metallist"in heyətində 3 əvəzləmə edilir
46. Yığmamızda da 3 əvəzləmə var. Fabio Luis, Elvin Məmmədov və Rail Məlikov müvafiq olaraq Vaqif Cavadov, Samir Zərgərov və Elnur Allahverdiyevi əvəzləyir
49. Rail Məlikov Taysona qarşı kobud oyuna görə sarı vərəqə alır
53. Rəqib yenə cinah keçidləri və cərimə meydançasına asmalarla komandamızın qapısı qarşısında təhlükə yaratmağa çalışır
54. Taysonu Lısenko əvəzləyir
58. Kristaldonu Pişur əvəzləyir
59. Valyayev bir neçə driblinq edərək Pişuru zərbə mövqeyinə çıxarsa da, onun zərbəsi kənar keçir
60. Komandamızın rəqib qapısı qarşısına təhlükəli asmasını son anda müdafiəçilər uzaqlaşdırır
64. Valyayevi Şelayev əvəzləyir
68. Yığmamız qola çox yaxın oldu. Öncə cərimə zərbəsindən sonra top Starçevin sifətinə dəyir. Künc zərbəsi zamanı futbolçumuzun qüvvətli baş zərbəsi isə tirə tuş gəlir
70. Oleynikin uzaqdan təhlükəli zərbəsi yandan keçir
73 və 76-cı dəqiqələrdə futbolçularımız rəqib futbolçulara qarşı kobud oynayır
80. Matç daha çox meydanın mərkəzində davam edir, futbolçularımız top saxlamağa çalışırlar
85. Oleynik hesabı açır - 0:1
87. Futbolçumuzun təxminən 40 metrdən zərbəsini rəqib qapıçı zərərsizləşdirir
88. Şelayev futbolçumuza qarşı idmançıya yaraşmayan hərəkət etdiyi üçün sarı vərəqə alır
Matç başa çatdı
