2 fevral 2011 00:17

İki il arxada qalsa da...

Dünən Azərbaycanda yeganə idman kanalı olan “İdman Azərbaycan” telekanalı ad gününü qeyd etdi. Azerisport.az xəbər verir ki, 2009-cu ilin fevral ayının 1-dən etibarən yayıma başlayan ölkənin ilk idman telekanalı ikinci yaşını bayram etdi.
 
Qeyd edək ki, qısa müddət ərzində müəyyən uğurlar əldə etmiş bu kanal artıq xaricdə yaşayan soydaşlarımız tərəfindən də kodlaşdırılmış peyk vasitəsilə izlənilir. “İdman Azərbaycan” öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır.
 
Lakin gəlin razılaşaq ki, azərbaycanlı idman həvəskarlarının, azarkeşlərinin bu kanalla bağlı bütün istəkləri özünü doğrultmur. Elə aşağıda sadalayacağımız məqamlar da mövcud çatışmazlıqlardan xəbər verir.
 
Bu kanalın kadr siyasətindəki uğursuzluqlardan, maddi-texniki çatışmazlıqlardan kifayət qədər danışılıb və həmin məqamları yenidən xırdalığına kimi xatırlamağa ehtiyac duymuruq. Lakin ölkənin yeganə idman telekanalının çempionatlar, verilişlərlə bağlı seçimini sükutla qarşılamamaq olmur. Hər halda əvvəllər bu məqamların nə vaxtsa düzələcəyinə ümid bəslədiyimiz halda, geridə qalan 2 ildə ciddi dəyişiklik yoxdusa, deməli vurğulanmasına ehtiyac var.
 
“İdman Azərbaycan” ilk günlərdə də belə başlamışdı, indi də eyni vəziyyətin şahidi olmaqdayıq: kanal bütün gün ərzində illər öncə baş tutmuş olimpiada, boks yarışlarından köhnə kadrları efirə gətirməkdən yorulmur. Bu boyda ölkədə azarkeşlər İtaliya, Fransa kimi böyük beşlik ölkələrinin çempionatına həsrətdi. Verilən İngiltərə, İspaniya, Almaniya birinciliklərinin oyunları da necə başa gəldiyini hamı yaxşı bilir.
 
Bütövlükdə “İdman Azərbaycan”ın hələ də adını tam doğrultmadığı gün kimi aydındı. İngiltərə, İspaniya və Almaniya çempionatını birtəhər yola verən telekanal rəhbərliyi bir çoxlarının maraqlarını nəzərə almır. Məsələn, çoxları İtaliya A seriyasının oyunlarına heç də ingilislərin, ispanların, almanların çempionatlarından az maraq göstərmir. Qardaş Türkiyə Superliqasının oyunları isə hazırda bizdə futbolsevərlərin daha çox maraq dairəsindədi desək, yanılmarıq. Amma təəssüf ki, bu yöndə heç bir yenilik yoxdu və üstəlik iddia olunur ki, ən baxımlı çempionatların oyunlarını verdiklərindən, digər çempionatların görüşlərinə efir vaxtı qalmayacaq. Halbuki, hər çempionatın ən çox maraq doğuran matçları arasından normal bir proqram tərtibatı çıxarmaq olar.
 
Lakin problem təkcə milli çempionatlarla bağlı deyil. Yaxınlarda Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan “Birlik Kuboku”ndakı təmsilçimiz “İnter”in oyunlarını yəqin ki, çoxları məhz yeganə idman kanalından izləyəcəyinə ümid bəsləyirdi. Heç kimin gözləmədiyi halda adətən canlı futbol reportajlarına o qədər də üstünlük verməyən ATV azərbaycanlı futbol azarkeşlərinə həyat verdi və “İdman Azərbaycan” kanalına bir daha qəzəb hissi yaratdı.
 
Futbolsevərlərin böyük maraq göstərdiyi daha mötəbər turnirlər də “İdman Azərbaycan”ın efirindən qaçaqdı. UEFA Çempionlar Liqasının, dünya və Avropa çempionatlarının yayım hüququnu “Lider” televiziyası, UEFA Avropa Liqasını yayım hüququnu İctimai Televiziya alıb. 2012-ci ilin yay olimpiya oyunlarının yayım hüququ da İctimai Televiziyadadı. Elə isə, ölkənin əsas idman kanalı nəyə və hara baxır? Yaxud idmansevərlər, futbol azarkeşləri daha “İdman Azərbaycan”a nə üçün baxmalıdı?
 
Elə digər idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarına, müxtəlif önəmli turnirlərin də heç də hamısına idmansevərlərin böyük ümidlər bəslədiyi “İdman Azərbaycan”da rast gəlinmir. Ancaq ümid edək ki, kanal növbəti yaşını qeyd edərkən, bu çatışmazlıqlardan müəyyən qismini aradan qaldıra biləcək və daha böyük tamaşaçı auditoriyasına malik olacaq. Bizə də sonda təbriklərimizi ünvanlamaq qalır: Ad günün mübarək, “İdman Azərbaycan”!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.