2 fevral 2011 00:30
XL afrikalı forvardla müqavilə bağladı (FOTO)
“Xəzər Lənkəran” son günlər keçidi gündəmdə olan Syerra-Leonedən olan hücumçu Julius Vobayla münasibətlərini rəsmiləşdirib. Azerisport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, artıq Azərbaycan klubuna keçməyə razılıq verən futbolçuyla müqavilə də bağlanılıb.
Müqaviləyə əsasən, Vobay, yeni komandasında ilinə 150 min avro qazanacaq. Onun artıq köhnə klubu olan “Universitatea Craiova” isə bu keçiddən 170 min avro qabağa düşüb. “Ağ-yaşıllı” komandanın baş məşqçisi Mirça Rednik isə Vobayla Banquradan başqa yeni oyunçu almayacaqlarını bəyan edib.
