2 fevral 2011 00:44
Qarabağ Almaniya klubunu darmadağın etdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan “Qarabağ”ın 17 yaşlılardan ibarət komandası ilk yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Mübariz Orucovun başçılıq etdiyi komanda Almaniya “Ansen"indən olan həmyaşıdları ilə qarşılaşıb.
“Qarabağ” yoxlama matçına bu heyətlə çıxıb: İbrahim Abbasov, Əli Manaflı, Elmar Rəsulov, Elçin Rəhimli, Fuad Məmmədzadə, İlkin Məmmədov, İsmayıl Əzizzadə, Eşqin Tağıyev, Emil Haşımov, Ramin Şirinov, Nurlan Əhmədov.
Oyuna sonradan daxil olanlar: Cəmil Məmmədli, Çoşqun Qorçiyev, Nicat Abbasov, Vüqar Mövlamov, Tural Rzayev, Orxan Abdullazadə, Siyamək Məmişov.
Görüş Ağdam komandasının böyük hesablı qələbəsi ilə nəticələnib - 6:0. Ramin Şirinov het-trik, Nurlan Əhmədov dubl edib. Daha bir qola isə Elçin Rəhimli imza atıb.
