2 fevral 2011 12:51
Millimizin rəqibi: Xam xəyallarla yaşamağa son qoymalıyıq
AÇ-2012-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Belçika Futbol Federasiyasının prezidenti Fransua de Kersmaker ölkəsinin yığmasının qarşıdan gələn oyunları haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bu haqda danışarkən, iddialı açıqlamalardan çəkinməyib:
“Biz xam xəyallarla yaşamağa son qoymalıyıq. Əgər biz qarşıdan gələn Avstriya, Azərbaycan və Türkiyə ilə oyunlarda qələbə qazana bilsək, o zaman öz məqsədimizə böyük ölçüdə çatmış olarıq. Ona görə də, bu rəqiblərlə görüşlərdə mütləq lazımı nəticələr qazanılmalıdı”.
