3 fevral 2011 00:17
Abşeron Antalya toplanışını heç-heçəylə bitirdi
Azərbaycan çempionatının birinci divizionunun lideri “Abşeron” Türkiyədə sonuncu sınaq matçına çıxıb. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəqib Rusiyanın birinci divizion komandası "Salyut" (Belqorod) olub.
Öncədən "Vointa Sibiu" (Rumıniya) ilə görüş nəzərdə tutulsa da, sonradan proqramda dəyişiklik edilib. "Salyut"la qarşılaşmada hesab açılmayıb - 0:0.
Beləliklə, Abşeron FK qış təlim məşq toplanışı çərçivəsində Antalyada keçirdiyi 7 yoxlama oyununu 2 qələbə, 2 məğlubiyyət və 3 heç-heçə olmaqla tamamlayıb: “Wupertal” (4:2), “Akzhayik” (1:0), “Wit Georgia” (1:2), “Yonsei” (0:2), “Victoria” (0:0), “Zenit” (2:2), “Salyut” (0:0).
