3 fevral 2011 13:26
Ramiz Məmmədov ruslarla qarşılaşdı, 1 futbolçunu komandasına götürdü
Azərbaycanlı məşqçilər korpusu tərəfindən çalışdırılan Qazaxıstanın “Atırau” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ikinci sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, baş məşqçi Ramiz Məmmədov yetirmələrini Rusiyanın “Luç-Energiya” (Vladivostok) klubuyla dueldə sınaqdan keçirib.
Qarşılaşma 1:1 hesabıyla başa çatıb. “Atıra”unun qolunu həmyerlimizin Portuqaliyanın “Naval” klubundan dəvət etdiyi braziliyalı oyunçu Rikardo Souza Kosta vurub.
Bu arada Ramiz Məmmədov baxışda çağırdığı futbolçulardan biriylə müqavilə bağlamağa razılıq verib. Onun istəyi ilə “Çesna”nın 20 yaşlı yetirməsi Baurjan Colçiyevlə münasibətlər rəsmiləşdirilib.
