3 fevral 2011 13:55
Nasimovun həmyerlilərinin Bakıya gələcək heyəti açıqlandı
Bu gün futzal üzrə Özbəkistan yığmasının baş məşqçisi Bahodir Əhmədov Bakıda keçiriləcək turnirə gətirəcəyi heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, “Neftçi”nin hücumçusu Bahodir Nasimovun həmyerliləri ölkəmizə bu heyətlə təşrif buyuracaq.
Qapıçılar: Rüstəm Umarov, Tuyçi Berdıyev
Meydan oyunçuları: Nodir Əlibayev, Dilşod İrsaliyev, Camoliddin Şaripov, Şuhrat Tojiboyev, Xurşid Tacibayev, Faxriddin Sameqov, Konstantin Sviridov, Farhad Abdumavlyanov, Dilşod Rahmatov, Suhrov Berdıyev, Maqsud Fayzllayev, Andrey Şlema.
Qeyd edək ki, fevralın 5-dən 8-dək keçiriləcək IV Bakı Beynəlxalq Futzal Turnirində Ukrayna və Latviya ilə də görüşməli olan millimiz ilk oyununu məhz fevralın 5-də özbəklərə qarşı keçirəcək.
