3 fevral 2011 01:12
Santos`un üzvü Neftçi`də (FOTO, VİDEO)
“Neftçi” daha bir transfer gerçəkləşdirib. Azerisport.az Braziliya mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” “Santos”un yarımmüdafiəçisi Rodriqinyonu sıralarına qatıb.
Rodriqo Cezar adlı bu futbolçu sonuncu komandası olan “Santos”un heyətində son mövsüm 27 oyunda iştirak edib və 2 qola imza atıb. 19 yaşında “Atletico Paranaense” ilə Braziliya çempionu adını qazanan 1982-ci il təvəllüdlü futbolçu bundan əlavə müxtəlif illərdə ölkəsinin “Portuguesa”, “Botafogo”, “Bahia”, “Santa Cruz”, “Avai”, “Legiao”, “Mirassol”, “Guarani” klublarında da top qovub.
Sonda “Neftçi”nin yeni futbolçusunun ötən ilin avqustunda “Gremio Prudente” ilə oyunda vurduğu möhtəşəm qolunu da təqdim edirik.
