3 fevral 2011 14:22

Rodriqinyo: Bir az tərəddüd edirdim

Öncə əlcəzairli Yasin Himanı mövsümün sonunadək (6 ay+1 il) heyətinə qatan, ardından Paulius Qribauskasın zədələnməsindən sonra qapıçı problemi ilə üzləşdiyi üçün Vitali Kovalyovu sıralarına cəlb edən “Nefçti” Braziliyanın məşhur “Santos” klubunun yarımmüdafiəçisi Rodriqinyonu transfer etdiyini rəsmən təsdiqlədi. Azerisport.az xəbər verir ki, bu gün futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Dünən Antalyaya gələn və dərhal tibbi baxışdan keçən Rodriqinyo axşam məşqinə də komanda ilə birgə çıxıb. Rodriqinyo transferi ilə bağlı paytaxt klubununu rəsmi saytına açıqlamasında bunları bildirib: “Məni israrla “Neftçi”də görmək istədiklərinə görə, klub rəhbərliyinə və baş məşqçiyə təşəkkürümü bildirirəm. Düzü, bir az tərəddüd edirdim. Çünki mən “Santos”un heyətində oynayırdım və baş məşqçimiz də məni komandadan buraxmaq istəmirdi.
 
Danışıqlar getdiyi bu aylar ərzində “Neftçi”, Azərbaycan, Bakı şəhəri ilə maraqlanmağa başladım. Azərbaycanda çıxış edən digər braziliyalı futbolçuların "Neftçi" haqqında fikirlərini öyrəndim. Onlar hamısı "Neftçi"nin Azərbaycanın ən güclü klubu olduğunu bildirdilər. Ən əsası da Çempionlar Liqası və ya Avropa Liqasını hədəfləyən "Neftçi"nin heyətində məqsədimizə birgə çatacağımıza inanıram. Bir "ağ-qara" formanı digər "ağ-qara" formaya dəyişdiyim üçün çox şadam. Antalyaya gəlib, "Neftçi" ilə müqavilə bağlayarkən, klub prezidenti ilə səmimi söhbətimdə bir daha əmin oldum ki, seçimimdə yanılmamışam”.
 
Transferlə bağlı "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov isə bunları deyib: "Mənim Antalyada komandanın yanında olmağımın bir səbəbi "Neftçi"nin məşqlərini, oyunlarını izləmək, futbolçularla, məşqçilərlə görüşmək idisə, digər tərəfdən də qış transfer mövsümündə dəvət olunan oyunçularla müqavilələri bağlamaq idi. Əsas məqsədimiz söz verdiyim kimi, supertransferi reallaşdırmaq idi. Bu gün "Neftçi" azarkeşlərinə şad xəbər verə bilərəm. Artıq braziliyalı məşhur futbolçu Rodriqinyo "Neftçi"nin oyunçusudu.
 
Dünya səviyyəli "Santos" klubunun heyətində çıxış edən futbolçunu Azərbaycana gətirmək heç də asan deyil. Ötən mövsümün sonunda 13-14 legionerlə yollarımızı ayıraraq, bu transferləri reallaşdıraraq, "Neftçi"nin hansı hədəflərə nail olmaq istədiyini açıq-aşkar göstərdik. Ən əsası da biz komandaya 15-20 legioner cəlb etmək istəmirik. Az sayda səviyyəli legionerlərin transferi, yerli gənclərin onlarla birgə heyətdə çıxış etməsi nəinki "Neftçi", eləcə də Azərbaycan milli komandası üçün də faydalıdı".
 
Qeyd edək ki, Rodriqinyo 19 yaşında "Atletiko Paranaense" klubunun heyətində Braziliya çempionu adını qazanıb. Ulduz futbolçu son mövsümdə "Santos"un heyətində 27 görüşdə meydana çıxıb və rəqib qapılarından 2 top keçirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.