3 fevral 2011 23:44
Türkiyə kuboku: Galatasaray məğlub oldu (YENİLƏNİB)
Türkiyə kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
“İstanbul BB” doğma meydanda qarşılaşdığı “Kasımpaşa” ilə dueldən qolsuz heç-heçəylə ayrılıb. “Beşiktaş” isə “Gaziantep BB” ilə ev matçında 5 cavabsız qol vurmaqla cütün taleyini demək olar ki, həll edib.
Digər iki görüş isə bu gün keçirilib. "Genclerbirliği" doğma meydanda "Bucaspor"a qalib gəlib. "Galatasaray" isə səfərdə "Gaziantepspor"a məğlub olub.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab görüşləri bir ay sonra oynanılacaq.
Türkiyə kuboku
1/4 final (ilk oyunlar)
2 fevral
İstanbul BB – Kasımpaşa – 0:0
Beşiktaş - Gaziantep BB – 5:0
3 fevral
Genclerbirliği - Bucaspor - 2:0
Gaziantepspor - Galatasaray - 3:2
