3 fevral 2011 15:38
AİK-in futbolçusu Azərbaycan yığmasında
Fevralın 14-dən 24-ə qədər Türkiyənin Antalya şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, toplanışa adları aşağıda göstərilmiş futbolçular dəvət olunub:
Rəşad Əzizov, Fuad Bayramov, Ruslan Cəfərov, Aleksandr Qross (hamısı “İnter”), Akif Tağıyev (Turan), Nurlan Novruzov (Bakı), Kazım Kazımlı, Orxan Sadıxlı (hər ikisi “Xəzər Lənkəran”), Tural Adıgözəlov, Elşən Abdullayev, Emil Balayev, Kərim Diniyev, Məqsəd İsayev (hamısı “Neftçi”), Mehti Rəsulov, Ruslan Tağızadə, Slavik Alxasov (hamısı “Abşeron”), Ruslan Bədəlov (Olimpiya, Rusiya), Rizvan Umarov, Azər Abbasov, Tural Hümbətov (hamısı “Zenit”, Rusiya), Aştari Arsalan (AİK, İsveç), Fərrux Abdullayev (Neubrandenburq 04, Almaniya), Tolqa Erginer (Rot-Weiss Essen, Almaniya).
