3 fevral 2011 15:43
Karlos Mahir Şükürovun komandasında
Millimizin üzvü Mahir Şükürovun şərəfini qoruduğu, Emin Ağayevlə Vaqif Sadıqovun çalışdığı Rusiyanın Premyer Liqa təmsilçisi “Anji” klubu braziliyalı futbolçu transfer edib. Azerisport.az xəbər verir ki, Mahaçqala klubu 29 yaşlı braziliyalı müdafiəçi Karlo Pinto ilə 3 il yarımlıq rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, futbolçu karyerasına 2001-ci ildə vətənində başlayan Karlos artıq 2002-ci ildə Sofiya ÇSKA-sı ilə Avropada debüt edib. Bu komandadakı debüt mövsümündə Bolqarıstan çempionu olan futbolçu daha sonra Belçikanın “Lokeren”, “Genk” kimi klublarında da top qovub.
