3 fevral 2011 16:09
AFFA Liverpul ilə əməkdaşlığa başladı
AFFA ilə Liverpul Universiteti arasında uzun müddət aparılan danışıqlar müsbət nəticələnib. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Liverpul şəhərində eyniadlı universitetin futbolun idarə edilməsi üzrə proqram direktoru, professor Geoff Pirson ilə görüşüb.
Görüşdə Liverpul Universitetinin professorlarının Azərbaycana gələrək AFFA-nın, ölkə klublarının əməkdaşları və futbol ictimaiyyətinin nümayəndələri üçün müxtəlif idarəetmə sistemi üzrə müvafiq qruplar əsasında kurslar keçirməsi barədə ətraflı müzakirə aparılıb.
Qeyd olunan kursların keçirilmə vaxtı və iştirak qaydaları barədə isə hələlik əlavə məlumat verilmir.
