3 fevral 2011 16:37
Neftçi Kuban`la sülh bağladı
Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində təlim-məşq toplanışında olan "Neftçi"nin əvəzedici heyəti üçüncü yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “ağ-qaralı” gənclər Rusiyanın "Kuban" (Krasnodar) klubunun əvəzedici heyəti ilə qarşılaşıblar.
Görüş 2:2 hesabı ilə başa çatıb. "Neftçi"nin qollarını Aqşin Muxtarlı ilə Tural Adıgözəlov vurub. İqor Getmanın rəhbərlik etdiyi komanda sabah təlim-məşq toplanışını başa vuraraq, vətənə qayıdacaq.
Xatırladaq ki, “Nefçti”nin gəncləri hazırlıq prosesi zamanı 3 yoxlama görüşü keçirib. "Spartak" Nalçik (1:1) və "Kuban" Krasnodar (2:2) komandalarının əvəzedici heyəti ilə heç-heçə oynayan "Neftçi" "Krasnodar" klubunun gənclərinə qalib gəlib.
