3 fevral 2011 17:45
Stüart Pirs: Bizi Azərbaycana çox çətin səfər gözləyir
İngiltərənin gənclərdən ibarət komandasının (U-21) baş məşqçisi Stüart Pirs bu gün baş tutan AÇ-2013-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verir ki, yığmamızla eyni qrupa düşən Böyük Britaniya təmsilçisinin çalışdırıcısı komandamızla dueldən də danışıb:
“İlk baxışdan rəqiblərimiz güclü təsir bağışlamasa da, mən bunun əksini deyərdim. Məncə, bizi olduqca çətin və maraqlı bir seçmə mərhələ gözləyir. Təbii ki, qrupun favoriti İngiltərə millisi sayılsa da, digər rəqiblərə də hörmətlə yanaşmaq lazımdı. Bizi xüsusilə də Azərbaycana çox çətin səfər gözləyir. Lakin Belçika və Norveçi də yaddan çıxarmaq olmaz. Növbəti mərhələyə çıxmaq üçün bizə mümkün qədər çox çalışmaq lazımdı”.
Qeyd edək ki, 8-ci seçmə qrupda yer alan Azərbaycan millisi İngiltərə ilə yanaşı, Norveç, İslandiya və Belçika komandaları ilə mübarizə aparacaq.
