3 fevral 2011 20:01
Ajax`ın oyunçusu üçün 3 seçim: Hollandiya, Türkiyə ya Ermənistan?
Hollandiyanın “Ajax” klubunun 20 yaşlı yarımmüdafiəçisi Araz Ozbilis AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Türkiyə millisində çıxış etməkdən imtina edib. Azerisport.az xəbər verir ki, bu haqda Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan iddia irəli sürüb.
O bildirib ki, Araz Ermənistan yığmasında çıxış etməyə daha yaxındı. Qeyd edək ki, Özbilis milliyətcə erməni olsa da, Türkiyə doğumludu və 8 yaşından “Ajax” futbol məktəbinə yazılıb. Ayrapetyan iddia edir ki, Araz Ermənistan millisində çıxış etməyin əleyhinə deyil: “Hər şey normaldı. Sadəcə o, bizdən düşünmək üçün vaxt istəyib ki, ola bilər, Hollandiya yığmasından təklif gəlsin. Ancaq danışıqlar gedir. Düşünürəm ki, Özbilis də, atası da patriot insanlardı və məhz öz milli komandalarında çıxış edəcəklər, başqa ölkənin yığmasında yox”.
