3 fevral 2011 11:00
Qarabağ özünə daha bir rəqib tapdı
Antalyada hazırlıqlarını davam etdirən “Qarabağ” fevralın 5-də 28 günlük toplanışını başa vuraraq Bakıya dönəcək. Azerisport.az xəbər verir ki, geridə buraxdığımız müddətdə 4 yoxlama oyununa çıxan Qurban Qurbanovun komandası bu gün daha bir sınaq matçına çıxacaq.
Öncədən xəbər verdiyimiz kimi, Ağdam klubu Antalyada təlim-məşq toplanışında olan 21 yaşlılardan ibarət yığmamızla qarşılaşacaq. Lakin bu görüş də Ağdam klubunun son sınaq matçı olmayacaq.
Belə ki, fevralın 4-də “Qarabağ” Qazaxıstan təmsilçisi “Kaisar”la qarşılaşacaq. Komandanın baş məşqçisi Qurban Qurbanovun bu günkü görüşlə müqayisədə həmin oyunda tam fərqli heyəti oynadacağı bildirilir.
