3 fevral 2011 11:04
Yığmamız almanlara 8 cavabsız qolla qalib gəldi
Almaniyada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması “Burqlenqenfeld” klubunun qızlardan təşkil olunmuş U-17 komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 8:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Şəfəq Nəsirova, Aliyə Vəliyeva, Kamilla Məmmədova və Suğra Xəlilova hərəyə 1 dəfə fərqlənib. Olya Şioşvili isə 4 qol vurub.
